Rafael Cəbrayılovdan gənclərə dəstək

Rafael Cəbrayılovdan gənclərə dəstək
# 18 oktyabr 2015 18:27 (UTC +04:00)

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılov Şirvan gəncləri ilə növbəti görüşünü keçirib.

Rafael Cəbrayılov çıxışını 18 oktyabr müstəqillik günü ilə əlaqədar gəncləri təbrik etməklə başlayıb.

Gənclərin Şirvan şəhərindəki ictimai-siyasi proseslərdə fəallığından və proseslərə təsirindən danışan namizəd hər zaman gənclərə dəstək olduğunu bildirib. Gənclərə olan diqqət və qayğısının nümunəsi olaraq seçki platformasındakı gənclərlə bağlı bəndlərə izahat verib. Qeyd edib ki, gənclərin-sosial-iqtisadi problemlərinin həlli və o cümlədən asudə vaxtlarının səmərəli təşkil olunması əsas fəaliyyət istiqamətlərindəndir.

Mərkəzi kitabxanada kitabların yenilənməsi problemini qaldıran Şirvan gənclərinə dəstək olacağını bildirən Rafael Cəbrayılovu gənclər alqışlayıblar.

Görüşün sonunda bütün seçicilər kimi Şirvan gəncləri də Rafael Cəbrayılovu dəstədiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR