Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişiklik olub

Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişiklik olub
# 23 dekabr 2015 14:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda qəbul edilən qərarla AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilib.

Şamaxı Astrofizika Rəsədxanasının strukturunda mövcud ştat sayı daxilində daxili imkanlar hesabına Nəzəri astrofizika və kosmologiya şöbəsi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası və Günəş-Yer əlaqələri fizikası şöbələri birləşdirilərək Günəş və Günəş-Yer əlaqələri fizikası şöbəsi adlandırılıb.

Qərarına icrasına nəzarət AMEA-nın müxbir üzvü Nazim Məmmədova həvalə edilib.

Rəyasət Heyətinin digər qərarına əsasən Nazirlər Kabinetinin 15 dekabr 2015-ci il tarixli sərəncamının icrası ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Eyni zamanda, iclasda Şamaxı Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Rəcəb İsmayıllı və elmi işçi Mahir Pirquluyevin Belçikanın Katolik Leuven Universitetinə, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Nicat Mirzəyevin isə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR