Rusiya prezidentinin ABŞ-da keçiriləcək nüvə sammitinə getməməsinin səbəbi açıqlanıb

Rusiya prezidentinin ABŞ-da keçiriləcək nüvə sammitinə getməməsinin səbəbi açıqlanıb
# 30 mart 2016 14:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Kreml prezident Vladimir Putinin ABŞ-da keçiriləcək nüvə sammitinə getməməsinin səbəbini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb sammitə hazırlıq çərçivəsində müəyyən qarşılıqlı fəaliyyət çatışmazlığıdır.

"Bununla yanaşı, Moskva hesab edir ki, nüvə təhlükəsizliyi məsələsi ümumi və birgə səylər, maraqlar və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələb edir", -deyə o qeyd edib.

Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək. Sammitdə 50-dən çox ölkənin prezidenti iştirak edəcək. Sammitdə əsas müzakirə mövzusu nüvə terrorçuluğuna qarşı mübarizə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR