Deputatlığa namizəd Rafael Cəbrayılov seçiciləri ilə görüşlərini davam etdirir - FOTOSESSİYA

Deputatlığa namizəd Rafael Cəbrayılov seçiciləri ilə görüşlərini davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 14:16 (UTC +04:00)

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd R. Cəbrayılov növbəti görüşünü M. Ə. Rəsulzadə küçəsinin sakinləri ilə keçirib. Havanın yağışlı olmasına baxmayaraq, sakinlər görüşə böyük həvəslə gəliblər.

Öncə namizəd böyüyüb boya-başa çatdığı Şirvan sakinləri ilə görüşündən məmnunluğunu bildirib, bütün seçiciləri öz seçici hüququndan istifadə edərək seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib. R. Cəbrayılova əsasən sovet dövründə tikilən binaların dam örtüyünün yararsızlığı və binaların əsaslı təmiri ilə əlaqədar müraciətlər olunub. O bildirib ki, bu məsələ onun da diqqət mərkəzindədir və platformasında əksini tapıb: “Mənə etimad göstərdiyiniz halda, deputatat səlahiyyətlərim çərçivəsində həmin məsələlərin həllində köməklik göstərəcəyəm”.

Səmimiyyət və diskussiya şəraitində keçən görüşün sonunda bütün sakinlər Rafael Cəbrayılova seçki kampaniyasında uğurlar arzulayıblar və 1 noyabr tarixində ona dəstək olacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR