Bakıda mehmanxanada dava olub, xəsarət alan var

Bakıda mehmanxanada dava olub, xəsarət alan var
# 06 oktyabr 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mehmanxanada dava olub.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən mehmanxanalardan birində baş verən davada Bakı şəhər sakini, 34 yaşlı Fariz Ramizzadə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Çingiz Cabbarov və qardaşı Mahir tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR