ABŞ Dövlət Departamenti: “Suriya prezidentinin Moskva səfərinin münaqişənin həllinə töhfə verəcəyini zaman göstərəcək”

ABŞ Dövlət Departamenti: “Suriya prezidentinin Moskva səfərinin münaqişənin həllinə töhfə verəcəyini zaman göstərəcək”
# 22 oktyabr 2015 06:52 (UTC +04:00)

Bakı-APA. ABŞ administrasiyası Suriya prezidenti Bəşər Əsədin Moskva səfərinin münaqişənin nizamlanmasına yardım edəcəyi barədə fikirlər yürütməyin tez olduğunu hesab edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib.

Con Kirbi bidirib ki, o, Suriya münaqişəsinin həllinin yaxın olduğunu deməyə ehtiyatlanır, çünki həmin danışıqlarda ABŞ rəsmiləri iştirak etməyiblər.

Bununla yanaşı, C. Kirbi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerrini Bəşər Əsədin apardığı danışıqlar barədə məlumatlandırdığını deyib.

Dövlət departamentinin sözçüsü ABŞ-ın bu görüşlə bağlı Rusiyadan hər hansı təklif gözləməsi ilə bağlı sualına isə dəqiq cavab verməyib:

“Sözsuz, Rusyanın Suriyada siyasi keçid prosesinə faydalı olacağına ümid edirik,”-deyə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR