Abşeronda banka silahlı basqın edən şəxsin məhkəməsi başlayıb

Abşeronda banka silahlı basqın edən şəxsin məhkəməsi başlayıb
# 07 oktyabr 2016 14:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

H. Əliyev ittihama münasibət bildirərək, özünü qismən təqsirli bilib.

Proses oktyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda baş verib. Bankın filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib. Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib. Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Bunsan sonra Hikmət Əliyev hadisə yerindən qaçıb. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR