UEFA Ermənistan – Albaniya oyunu barəsində təhqiqata başlayıb

UEFA Ermənistan – Albaniya oyunu barəsində təhqiqata başlayıb
# 13 oktyabr 2015 22:08 (UTC +04:00)

Bakı-APA. UEFA AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan – Albaniya (0:3) oyunu haqqında təhqiqata başlayıb. Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, artıq oyunla bağlı iddialar nəzərdən keçirilir və ali futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Danimarka və Serbiya mətbuatı Ermənistanın 4 oyunçusunun Albaniyadan rüşvət aldığını əvəzində isə məğlubiyyətə şərait yaratdıqlarını iddia etmişdi.

Əgər iddialar doğru olsa və albanların günahı sübuta yetirilsə, bu halda onların yerinə Danimarka Avropa Çempionatının final mərhələsində oynayacaq. Pley-off oyunlarında isə Serbiya çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR