Novxanıda azyaşlının əlində naməlum qurğu partlayıb, iki barmağı amputasiya olunub

Novxanıda azyaşlının əlində naməlum qurğu partlayıb, iki barmağı amputasiya olunub
# 21 sentyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda azyaşlının əlində naməlum qurğu partlayıb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı bağlar yaşayış sahəsində qeydə alınıb. Orada yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşya partlayıb. Nəticədə Z. Qurbanovun əlinin 2 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR