Türkiyənin məşhur eksperti: “Erməni oliqarxlarının Qarabağ böhranına ehtiyacı var”

Türkiyənin məşhur eksperti: “Erməni oliqarxlarının Qarabağ böhranına ehtiyacı var”
# 07 oktyabr 2015 14:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Strategic Outlook” araşdırma mərkəzinin həmsədri və eksperti Mehmet Fatih Öztarsu “Zaman” nəşrindəki “Erməni oliqarxlarının Qarabağ böhranına ehtiyacı var” sərlövhəli yazısında bildirib.

Onun sözlərinə görə, Ermənistan indiyədək cəbhədə baş verən ölüm halları ilə bağlı dəqiq məlumatları gizlədən vəzifəli şəxsləri zaman-zaman onlarla Azərbaycan əsgərinin öldürülməsinə dair səhv informasiya yaymaqla xalqın inamını qazanmağa çalışırlar.

“Qarabağla bağlı artıq adiləşən, lakin ehtiyac olanda gündəmə gətirilən toqquşmalar müntəzəm olaraq Serj Sarkisyan və ona bağlı qrupların işinə yarayır. Ermənistan ordusundakı sui-istifadə hallarını, əsgər intiharlarını gizlədən və əsgər ailələrinin etirazlarını görməzlikdən gələn ölkə rəhbərliyi təmas xəttində baş verən reallıqların üzə çıxmamasına ciddi-cəhdlə çalışır. Onsuz da hazırda Ermənistanda davam edən konstitusiya müzakirələri və korrupsiya ilə bağlı məsələlərdən başını itirən Ermənistan rəhbərliyinə bu böhran həmişəkindən daha çox lazımdır”.

Mehmet Fatih Öztarsu bildirir ki, Ermənistanda konstitusiya vasitəsilə hər hansı dəyişikliyin əldə edilməsi çətindir. Müxalifətin sərt, lakin məntiqli tənqidləri ilə tərəfdarları getdikcə artır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR