Göygöldə ağır yol qəzası baş verib, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə ağır yol qəzası baş verib, 8 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 18 fevral 2016 23:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöldə 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Ayaz Kazımov və Sabir küçələrinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə «Hyundai» markalı avtomobilin toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar Göygöl rayon Mollacəlili kənd sakinləri, 24 yaşlı Qədim və 28 yaşlı Bilman Abdiyevlər, 30 yaşlı Sahib Quliyev, 29 yaşlı Sənan Məcidov 23 yaşlı Taleh Səmədzadə, 20 yaşlı Röfət Həsənov, 25 yaşlı Şaiq Əhmədov və Gəncə şəhər sakini, 43 yaşlı Araz Tanrıverdiyevdir.

Yaralılardan Qədim Abiyev və Sahib Quliyev vəziyyətləri ağır digərlərinki isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

*** 00.40

Göygöl. Azər Məmmədov - APA. Göygöl şəhəri Ayaz Kazımov və Sabir küçələrinin kəsişməsində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Qərb bürosunu verdiyi xəbərə görə, VAZ 2107 markalı avtomobillə «Hyundai» markalı avtomobilin toqquşması nəticəsində 6-7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR