Qabil Hüseynli: “Sosioloji sorğuların nəticələri Qərb liderlərinin Azərbaycana daha obyektiv yanaşmasına şərait yaradacaq”

Qabil Hüseynli: “Sosioloji sorğuların nəticələri Qərb liderlərinin Azərbaycana daha obyektiv yanaşmasına şərait yaradacaq”
# 19 oktyabr 2015 12:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bir müddət əvvəl ABŞ-ın tanınmış sorğu firması “Arthur J. Finkelstein & Associates” Azərbaycanda sosioloji sorğu keçirmişdi və həmin sorğunun nəticələri Fransanın “Opinionway” yenilikçi araşdırma şirkətinin rəy sorğusunun nəticələri ilə demək olar ki, üst-üstə düşür. Həmin sorğuda da respondentlər Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər sırasında ilk yerdə Dağlıq Qarabağ münaqişəsini qeyd etmişdilər və prezident İlham Əliyevin idarəçilik fəaliyyətinə də əhali kifayət qədər yüksək qiymət vermişdi”.

Bunu APA-ya açıqlamasında Fransanın “Opinionway” yenilikçi araşdırma şirkətinin parlament seçkiləri ərəfəsində Azərbaycanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib.

Bu sosioloji sorğular göstərir ki, Qərb sosioloji xidmətləri üçün Azərbaycan xalqının rəyinin öyrənilməsi böyük əhəmiyyətə malikdir.

Q. Hüseynli deyib ki, ABŞ-ın “Arthur J. Finkelstein & Associates” sorğu firması prezident İlham Əliyevin, hakimiyyətin dayaqlarının kifayət qədər möhkəm olduğunu və respondentlərin 82,1 faizinin dövlət başçısına etimad göstərdiyini qeyd etmişdi: "İndi Fransanın “Opinionway” yenilikçi araşdırma şirkətinin sorğusunun nəticələri demək olar ki, ABŞ-ın “Arthur J. Finkelstein & Associates” sorğu firmasının sorğusunun nəticələrinə yaxındır. Bu sorğuda da hakimiyyətlə xalq arasında münasibətlərin möhkəm olduğu, xalqın hakimiyyətə böyük etimad göstərdiyi, eyni zamanda parlament seçkilərində əhalinin 63 faizinin seçkilərdə iştirak edəcəyi əksini tapıb. Bu da ABŞ-ın “Arthur J. Finkelstein & Associates” sorğu firmasının sorğusunun nəticələrinə yaxındır”.

Politoloq hesab edir ki, bu sosioloji sorğular göstərir ki, Qərb sosioloji xidmətləri üçün Azərbaycan xalqının rəyinin öyrənilməsi böyük əhəmiyyətə malikdir: “Bu, Azərbaycanla ABŞ və Qərbi Avropa ölkələri arasında yaranmış müəyyən problemlərin həlli üçün də vacibdir. Zənnimcə, bu sosioloji sorğuların nəticələri Qərb liderlərinin Azərbaycana münasibətdə subyektivlikdən uzaqlaşmasına və Azərbaycana daha obyektiv münasibət bəsləməsinə şərait yaradacaq. Bu isə Azərbaycan-Qərb münasibətlərinin yenidən yüksələn xətlə inkişaf etməsinə şərait yaradacaq”.

Qeyd edək ki, Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında aparılıb. Prezident İlham Əliyevin prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i “Qismən qane edir”, 5 %-i “Qismən qane etmir”, 2,9 %-i “Qətiyyən qane etmir” cavablarını qeyd edib. 1,5 % respondent “bilmirəm” cavabı verib. Respondentlərin 66,5 faizi Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər sırasında ilk yerdə Dağlıq Qarabağ münaqişəsini qeyd edib. Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəyini, 12 %-i ola bilsin ki, iştirak edəcəyini, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəyini, 9 %-i isə qətiyyən iştirak etməyəcəyini bildirib. 8,3 % isə bu barədə hələ qərar vermədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR