"Kapital Bank" yeni məhsulunu təqdim edib

"Kapital Bank" yeni məhsulunu təqdim edib
# 29 aprel 2016 12:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” yeni “BirKart” məhsulunu təqdim edib. “APA-Economcis” xəbər verir ki, “Səndən bir dənədir” sloqanı ilə təqdim edilən “BirKart” müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart kimi funksiyaları özündə birləşdirir.

“BirKart” maaş və pensiyasını “Kapital Bank”da alan müştərilərə veriləcək. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. “Visa Classic”, “Vis Gold”, “Visa Platinum” əsasında olan “BirKart” 36 ay müddətinə verilir, balansdakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər.

“BirKart”la müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq illik 3%-dək əmanət faizi hesablanır. Bundan başqa, kartdan nağdsız xərclənən məbləği 40 günədək faizsiz güzəşt müddəti ilə, bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. Həmçinin “BirKart”dan məbləğin bankomatlardan nağd çıxarılması da mümkündür.

“BirKart”dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Nağdsız ödənişlər etdikdə isə “BirKart”ın balansına mnüəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 sorğu mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR