Bakıda oğurluq edən şəxslər tutulub

Bakıda oğurluq edən şəxslər tutulub
# 26 oktyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 22-də Buzovna qəsəbəsində yaşayan İlqar Həsənovun evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Eldar Allahverdiyev və 1996-cı il təvəllüdlü Şamil Nəsibov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR