Ağcabədidə fermer elektrik cərəyanı vurması nəticəsində ölüb

Ağcabədidə fermer elektrik cərəyanı vurması nəticəsində ölüb
# 17 sentyabr 2016 10:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağcabədi sakini bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun “Ağ göl” adlanan ərazisində yerləşən fermada qeydə alınıb. Fermanın sahibi Arif Azadov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR