Avropa İttifaqı İranın Suriya üzrə danışıqlarda iştirakını dəstəkləyib

Avropa İttifaqı İranın Suriya üzrə danışıqlarda iştirakını dəstəkləyib
# 23 oktyabr 2015 20:03 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı İranın Suriya münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakını dəstəkləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Bizim son günlər İranın bir sıra yüksək səviyyəli nümayəndələri ilə danışıqlarımız olub. Dialoq üçün bütün imkanlar mövcuddur. Düşünürəm ki, İran prosesin bir hissəsi ola bilər”, deyə F.Moqerini bildirib.

O, həmçinin bildirib ki, Suriya üzrə danışıqlara dünyada və regionda nüfuzu olan ölkələr də cəlb olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR