"DəmirBank" Ağsu filialını yeni ofisə köçürüb - FOTOSESSİYA

"DəmirBank" Ağsu filialını yeni ofisə köçürüb - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2015 07:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” Ağsu filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.

Bankdan “APA-Econoimics”ə verilən xəbərə görə, açılış mərasimində Ağsu şəhər İcra Hakimiyyətinin nümayəndələri, bank rəhbərliyi, filial əməkdaşları və bankın müştəriləri iştirak ediblər.

Ağsu şəhəri, M.Ə. Rəsulzadə küçəsi 62 ünvanında yerləşən Ağsu filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Xatırladaq ki, hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakıda, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR