Müdafiə Nazirliyinin icra hakimiyyətinə qarşı şikayəti təmin edilib

Müdafiə Nazirliyinin icra hakimiyyətinə qarşı şikayəti təmin edilib
# 09 oktyabr 2015 11:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmədə qərar elan edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib və nazirliyin iddiası təmin edilib.

Qeyd edək ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR