Bakıda Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib
# 18 fevral 2016 10:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

APA-nın məlumatına görə, görüş zamanı ötən gün Ankarada baş vermiş terror aktı müzakirə olunub.

E. Məmmədyarov Türkiyə xalqına başsağlığı verib, xəsarət alanların ailələrinə səbir diləyib. M. Çavuşoğlu isə terror aktı üzündən sabah Azərbaycanda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının təxirə salındığını bildirib. O, görüşün yaxın zamanlarda keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin regional məsələlər, Bakı-Tiflis-Qars dəmiryol xəttinin icrası ilə bağlı proses müzakirə olunub. Nazirlər sabah Tiflisdə gürcüstanlı həmkarı ilə layihəyə bağlı baxış keçirəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR