Bəşər Cəfəri: “Cenevrə danışıqları müxalifətə görə dayandırılıb”

Bəşər Cəfəri: “Cenevrə danışıqları müxalifətə görə dayandırılıb”
# 03 fevral 2016 20:32 (UTC +04:00)

Bakı-APA. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura danışıqları müxalifətin müzakirələri tərk etmək istəyinə görə dayandırıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu rəsmi Dəməşqin nümayəndə heyətinin başçısı Bəşər Cəfəri bəyan edib.

“Müxalifət danışıqlardan çıxmaq qərarını Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin göstərişi ilə verib”, deyə B.Cəfəri bildirib.

Qeyd edək ki, bundan əvvəl Staffan de Mistura Suriya üzrə danışıqlara fasilə verildiyini, növbəti görüşün fevralın 25-də keçiriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR