Bakının bəzi küçələrində yolda quraşdırılan süni maneələrin sökülməsinə başlanılıb - FOTOSESSİYA - VİDEO

Bakının bəzi küçələrində yolda quraşdırılan süni maneələrin sökülməsinə başlanılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 sentyabr 2015 07:35 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ilk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplinlərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib. “Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür süni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericiliklə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir”, - deyə məlumatda vurğulanıb.

“Azəryolservis”dən bildirilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Qeyd edək ki, süni maneələrin, yəni tramplinlərin aşkarlanaraq sökülməsi Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR