İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb
# 27 avqust 2016 12:10 (UTC +04:00)

Bakı - APA. İtaliyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” yerli mülki müdafiə xidmətinə istinadən xəbər yayıb. Ötən gün bu rəqəm 283 nəfər idi. Bu gün daha 7 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, 6 bal gücündə zəlzələ avqustun 24-ü gecəsi İtaliyanın mərkəzi hissəsində baş verib. Amatriçe, Arkuata-del-Toronto və Akkumoli şəhərləri xüsusilə dağıntılara məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR