Suriya ordusu Palmira şəhərinin qərb hissəsini nəzarət altına alıb

Suriya ordusu Palmira şəhərinin qərb hissəsini nəzarət altına alıb
# 23 mart 2016 21:42 (UTC +04:00)

Bakı-APA. Suriya hökumət ordusu tarixi Palmira şəhərinin qərb hissəsini nəzarət altına alıb.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.

“Palmiranın qərb hissəsi terrorçulardan təmizlənib. Ordu şəhərin digər hissələri istiqamətində hücuma hazırlaşır. Artıq strateji cəhətdən bir neçə vacib ərazi ordunun nəzarəti altındadır”, deyə mənbə bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşması ötən il qədim Palmira şəhərini ələ keçirib. UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR