Bakıda mağazadan pul oğurlayan şəxs tutulub

Bakıda mağazadan pul oğurlayan şəxs tutulub
# 21 sentyabr 2015 11:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazadan pul oğurlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Abşeron rayon sakini Elnurə Əliyevanın işlədiyi mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə piştaxtanın üzərindən 138 manat aparıb.

Hadisəni törəmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev həmin ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 10-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR