Rio-2016: Boksçu Albert Səlimov məğlub olaraq mübarizəni dayandırıb

<b>Rio-2016: </b>Boksçu Albert Səlimov məğlub olaraq mübarizəni dayandırıb
# 12 avqust 2016 23:42 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü, 60 kq çəkidə mübarizə aparan təmsilçimiz Albert Səlimov 1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.

Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayacaq. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olacaq. Döyüş saat 01:30-a təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR