Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Avqust
# 22 avqust 2016 18:07 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Cerablusa nəzarət Suriyada qüvvələr balansını kökündən dəyişdirəcək. Məntəqənin PYD-nin nəzarətinə keçməsi Türkiyə-Suriya sərhədinin bağlanması demək olacaq. Bu, həm də Türkiyə ilə sərhədin bütünlüklə PKK-nın əlində olması deməkdir. Cerablusu Azad Suriya Ordusu ələ keçirsə, Türkiyə sərhədi boyunca "kürd qurşağı"nın yaranması təhlükəsinin qarşısı almış olacaq. Bundan başqa Cerablusa nəzarət Suriya ərazisində təhlükəsiz zonanın, tampon bölgənin yaradılmasına imkan verəcək. Türkiyə suriyalı qaçqınları təhlükəsizliyi tam təmin olunmuş bu bölgəyə köçürməyi planlaşdırır. Cerablus hazırda İŞİD-in nəzarəti altındadır, Ankara Azad Suriya Ordusunu məntəqəni İŞİD-dən almaq üçün təşviq edir və hərbi əməliyyatlara havadan dəstək verməyə hazırdır. Bundan öncə Rusiyanın Himeyin hərbi bazasında yerləşdirdiyi C-400 raket sistemləri Türkiyə təyyarələrinin Suriya ərazisinə daxil olmasına imkan vermirdi. Sankt-Peterburq görüşündən sonra bu problem həllini tapmış kimi görünür. Məsələnin başqa tərəfi var - Azad Suriya Ordusunun Cerablusa PYD-dən əvvəl daxil olması ABŞ-ın maraqlarına zərbə vurulması deməkdir. Vaşinqton bununla razılaşmır və Cerablusun əldən çıxması müqabilində Hələbi darmadağın edə biləcəyinə işarə vurur. Vaşinqtonun narazılığı özünü başqa formalarda da göstərir, bunun hansı formada olduğunu anlamaq üçün Türkiyədə son günlər baş verən hadisələri izləmək yetər. İndiki situasiyada İran və Rusiyanın Cerablus məsələsində mövqeyi Türkiyə ilə üst üstə düşür. Prosesin digər və de-fakto əsas tərəfi sayılan Əsəd hökuməti də Cerablusun PYD-nin deyil, Azad Suriya Ordusunun nəzarətinə keçməsinə razıdır. Suriya hökuməti ilk dəfə PYD-ni PKK terror təşkilatının qolu adlandırıb və bununla Türkiyənin Cerablus həmləsinə dəstək verdiyini açıqlamış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR