Azərbaycan ABŞ-ın Ermənistandakı keçmiş səfirinin adını arzuolunmaz şəxslər siyahısına salacaq

Azərbaycan ABŞ-ın Ermənistandakı keçmiş səfirinin adını arzuolunmaz şəxslər siyahısına salacaq
# 29 iyun 2016 16:34 (UTC +04:00)

Bakı - APA. "ABŞ-ın Ermənistanda keçmiş səfiri Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir".

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyevin sözlərinə görə, C. Evans ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir.

"Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil.

ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb.

Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək", - deyə H. Hacıyev bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR