Rusiya aviasiyası Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD-in komanda məntəqəsini və rabitə qovşağını məhv edib

Rusiya aviasiyası Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD-in komanda məntəqəsini və rabitə qovşağını məhv edib
# 21 oktyabr 2015 05:06 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Deyr-əz-Zor əyalətində bu bölgədə beş böyük silahlı dəstənin fəaliyyətini əlaqələndirilməsini həyata keçirən komanda məntəqəsi və rabitə qovşağı məhv edilib. Obyekt terrorçuların nəzarətində olan yerli poçt xidmətinin binalarında yerləşib”, deyə o bildirib.

Hədəf “SU-34” tipli bombardmançı təyyarəsindən idarə olunan aviasiya bombası ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR