“Kapital Menecment"in səhmdarları gələn ay toplaşacaq

“Kapital Menecment"in səhmdarları gələn ay toplaşacaq
# 18 mart 2016 07:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının ümumi yığıncağının vaxtı bəlli olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin səhmdarları bu ilin aprelin 30-da Bakı şəhəri, Xətai rayonu Babək prospekti 16-da toplaşacaq.

Ümumi yığıncaqda cəmiyyətin 2015-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının təsdiqi və digər məsələlərin müzakirəsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR