Rusiyada dollar yenidən bahalaşıb

Rusiyada dollar yenidən bahalaşıb
# 12 yanvar 2016 13:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Rusiya Mərkəzi Bankı 13 yanvar 2016-cı il tarixi üçün rublun 1 ABŞ dollarına nisbətən rəsmi məzənnəsini 76,6041 rubl səviyyəsində müəyyən edib.

APA-Economics” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, əvvəlki göstəricidən 65,34 qəpik çoxdur.

Rusiya Mərkəzi Bankın qərarına əsasən, avronun rəsmi məzənnəsi 62,82 qəpik artaraq 83,4372 rubla yüksəlib. Bununla da, rəsmi məzənnəyə əsasən bivalyuta səbətinin dəyəri 64,21 qəpik artaraq 79,679 rubla çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR