ETSN: Masazır və Zığ sürüşmə sahələrində aktivlik müşahidə olunur

ETSN: Masazır və Zığ sürüşmə sahələrində aktivlik müşahidə olunur
# 09 iyun 2016 13:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda Masazır və Zığ sürüşmə sahələrində aktivlik müşahidə olunur”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Baş geoloq qeyd edib ki, son günlər Masazır və Zığ sürüşmə sahələrindəki mövcud çatlarda müəyyən genişlənmələr əmələ gəlib.

Ə. Piriyev əlavə edib ki, Badamdar, Bayıl, Qaraçuxur, Şəhidlər Xiyabanı, “Gülüstan” sarayı ətrafındakı sürüşmə sahələrində daimi monitorinq işləri aparılır, hazırda həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR