Bakıda bir gündə 3 nəfər bıçaqlanıb

Bakıda bir gündə 3 nəfər bıçaqlanıb
# 08 oktyabr 2015 09:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bir gündə 3 nəfər bıçaqlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 7-də Qaraçuxur qəsəbəsi Şadlinski küçəsində qəsəbə sakinləri 1995-ci il təvəllüdlü Fərman Nəcəfova və 1997-ci il təvəllüdlü Nicat Ramazanova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü İsmət Ziyadov tutulub.

Digər hadisə isə Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Yavər Ağayev Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Ramid Abdullayev tərəfin dən bıçaqlanıb. R. Abdullayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR