TANAP-a dair Anlaşma Memorandumu Azərbaycan parlamentində müzakirə olunacaq

TANAP-a dair Anlaşma Memorandumu Azərbaycan parlamentində müzakirə olunacaq
# 16 sentyabr 2016 13:31 (UTC +04:00)

Bakı - APA. Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

APA-nın məlumatına görə, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərdən danışıb.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə baxılıb. Valeh Ələsgərov 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanan sənəd barədə məlumat verib.

Qeyd olunub ki, qanun layihəsi iki qardaş ölkə arasında təbii qazın istismarı sahəsində əməkdaşlıq üçün olduqca zəruridir.

Millət vəkilləri sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılmasını dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR