Elmar Məmmədyarov Cibuti müdafiə nazirini qəbul edib

Elmar Məmmədyarov Cibuti müdafiə nazirini qəbul edib
# 28 sentyabr 2016 16:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunu və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyini yüksək qiymətləndirib.

Əli Həsən Bahdon “ADEX 2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu deyərək Azərbaycandan olan tərəf-müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini nəzərə çatdırıb.

Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR