Bakıda baş verən avtobus qəzasında dünyasını dəyişən keçmiş polis əməkdaşıdır

Bakıda baş verən avtobus qəzasında dünyasını dəyişən keçmiş polis əməkdaşıdır
# 24 fevral 2016 08:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub.

Qəzada 62 saylı avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR