"Fitch" manatın devalvasiyasının sığorta sektoruna təsirini açıqlayıb

"Fitch" manatın devalvasiyasının sığorta sektoruna təsirini açıqlayıb
# 14 mart 2016 14:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin fevralında baş verən 33%-lik, dekabrda isə 48%-lik devalvasiya Azərbaycanın sığorta bazarı təsirsiz ötüşməyib. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.


Bildirilir ki, devalvasiya xarici valyuta üzrə maliyyə riskləri ilə əlaqədar sığorta öhdəliklərinə yenidən baxılması ilə nəticələnib. Eyni zamanda, baş verən hər iki devalvasiya yeni sığorta siyasətinin gəlirliliyini də təzyiq altında qoya bilər.

"Sığorta sektorunun daha az gücə malik olduğunu və bu sektorun xarici təkrarsığortadan yüksək asılılığını nəzərə alaraq demək olar ki, artmış xarici təkrarsığorta xərclərini bütövlükdə yerli kommersiya sığortaçısına yönləndirmək asan olmayacaq. Bu da öz növbəsində sığorta bazarına mənfi təsir göstərəcək", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR