Bakı-APA. Türkiyənin Konya şəhərində xüsusi əməliyyat çərçivəsində hərbi hissənin komandiri polkovnik Mustafa Ertürk daxil olmaqla, 7 hərbçi saxlanılıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı qarşıdurma yaşanmayıb.
Saxlanılanlar hərbi çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinirlər.
Əməliyyatın davam etdiyi bildirilir.