Konyada xüsusi əməliyyat keçirilir, 7 hərbçi həbs olunub

Konyada xüsusi əməliyyat keçirilir, 7 hərbçi həbs olunub
# 17 iyul 2016 19:27 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Konya şəhərində xüsusi əməliyyat çərçivəsində hərbi hissənin komandiri polkovnik Mustafa Ertürk daxil olmaqla, 7 hərbçi saxlanılıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı qarşıdurma yaşanmayıb.

Saxlanılanlar hərbi çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinirlər.

Əməliyyatın davam etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR