Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları üzrə hərracın parametrləri açıqlanıb

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları üzrə hərracın parametrləri açıqlanıb
# 01 aprel 2016 11:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Aprelin 5-də Bakı Fond Birjasında (BFB) keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac və istiqrazların buraxılış parametrləri açıqlanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 15 mln. manat, tədavül müddəti 91 gün təşkil edir.

Yerləşdirmədə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Qeyd edək ki, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminə nisbəti emitentin müəyyən etdiyi minimum həddən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR