Ağ Ev: İstanbulda partlayış nəticəsində iki ABŞ vətəndaşı ölüb

Ağ Ev: İstanbulda partlayış nəticəsində iki ABŞ vətəndaşı ölüb
# 20 mart 2016 00:49 (UTC +04:00)

Bakı-APA. İstanbulda ötən gün partlayış nəticəsində iki ABŞ vətəndaşı ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi Ned Prays deyib.

“Bu cəsarətsiz hücum nəticəsində ölənlərin arasında iki ABŞ vətəndaşı var”, - deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, ABŞ terror aktını pisləyir və ölənlərin ailələrinə başsağlığı verir. “Türkiyə növbəti dəfə dəhşətli terror aktı ilə üzləşib. Biz NATO-dakı tərəfdaşımızı əzmkarlıqla dəstəkləyirik. Türkiyədə terror aktlarına son qoyulmalıdır”, - deyə Prays qeyd edib.

Onun sözlərinə görə, ABŞ Türkiyə ilə sıx təmas quraraq terrorçuluğa qarşı birgə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR