Brüsseldə hava limanında partlayış baş verib, 11 nəfər ölüb - YENİLƏNİB

Brüsseldə hava limanında partlayış baş verib, 11 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 22 mart 2016 09:01 (UTC +04:00)

Bakı-APA. Belçikanın paytaxtı Brüsseldə Zaventem hava limanında ard-arda iki güclü partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Hadisədən sonra hava limanı və oraya gedən bütün yollar bağlanıb, enməsi gözlənilən təyyarələr başqa şəhərlərin aeroportlarına istiqamətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR