Sumqayıtda yanğın olub, xəsarət alanlar var

Sumqayıtda yanğın olub, xəsarət alanlar var
# 13 yanvar 2016 15:15 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 60 kvadratmetr olan istifadəyə yararsız tikilinin içərisində 3 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR