"Bank of Baku" "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin rəsmi açılışını edib - VİDEO

"Bank of Baku" "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin rəsmi açılışını edib - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 11:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank of Baku” ASC fiziki əlilliyi olan şəxslərə dəstək olmaq üçün icrasına başladığı “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi açılış mərasimini keçirib.

APA-Economics”in məlumatına görə, rəsmi açılış mərasimində layihə iştirakçıları, təlimçilər, tərəfdaş şirkətlərin məsul şəxsləri və eləcə də məhdudiyyətlərə baxmayaraq uğur əldə edə bilən və öz uğurları ilə iştirakçılar üçün əsl örnək olan qonaq spikerlər də iştirak edib.

Tədirdə II qrup Qarabağ əlili, “Notecomp” şirkətinin direktoru Elçin Bəbirov və II qrup müharibə əlili “Royal Express” şirkətinin direktoru Cavanşir Hətəmov, I qrup müharibə əlili İlham Məhərrəmov uğur hekayələrini iştirakçılarla bölüşüb. Onlar fiziki məhdudiyyətin insanın uğur əldə etməsinə mane olmadığını xatırladaraq daim bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi vurğulayıblar.

“Bank of Baku”nun ictimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova bildirib ki, bu layihə çərçivəsində baş tutacaq təlimlər uğurlu olacaq: “Bizim keçdiyimiz təlimlərə, seçdiyimiz peşələrə bazarda çox böyük tələbat var. Bu peşələrdə aktiv hərəkətə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, bu layihə uğurlu olacaq”.

Rəsmi açılış mərasimindən sonra layihə iştirakçıları Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov tərəfindən “Psixologiya və Motivasiya” mövzusunda təlim keçib.

Qeyd edək ki, ümumilikdə 37 nəfər fiziki əlilliyi olan şəxsi əhatə edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında- 26-31 oktyabrda bloqçuluq, 2-7 noyabrda sosial şəbəkələrin idarəedilməsi, 9-14 noyabrda şəbəkə administratorluğu, 16-21 noyabrda Məlumat Mərkəzi İşi mövzularında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər.

Bankın Gülşən Cumayeva təlim iştiraçılarına CV-nin düzgün hazırlanması və müsahibəyə hazırlıqla bağlı təlim keçəcək.

“Bank of Baku” təlimləri uğurla bitirən hər bir şəxsin işlə təmin olunmasına çalışmaqla yanaşı, bilavasitə onların cəmiyyətə re-inteqrasiya olunmalarına da dəstək olmağı nəzərdə tutur.

Qeyd edək ki, cəmiyyətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısını artırmaq məqsədilə “Bank of Baku” layihənin davam edəcəyi 1 ay ərzində öz rəsmi sosial şəbəkələrində #meydanoxu həştəqi ilə sosial şəbəkə istifadəçilərini də məhdudiyyətlərə meydan oxumağa çağıracaq.

Layihənin icrasında “Bank of Baku” ilə birlikdə məhdudiyyətlərə meydan oxuyan tərəfdaş qurumlar arasında “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Hilton Baku oteli, shamans Creative bureau, Prosper Digital Agency, Sultans Restaurant, BrandUp Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo və “Taksi sifarişi xidməti-189”şirkətini qeyd etmək lazımdır.

Layihənin gedişatı ilə bağlı bütün xəbərləri bankın rəsmi sosial şəbəkələrindən və internet ünvanından http://www.bankofbaku.com/ əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR