"Fitch" "AzSığorta"nın bazardakı mövqeyini yüksək qiymətləndirib

"Fitch" "AzSığorta"nın bazardakı mövqeyini yüksək qiymətləndirib
# 14 mart 2016 12:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi "AzSığorta" ASC-nin reytinqini "B+" səviyyəsində təsdiq edib. "APA-Economics" reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "stabil"dən "neqativ"ə endirilib.

Məlumatda qeyd olunub ki, proqnozun endirilməsi Azərbaycanın suveren reytinqinin aşağı salınması ilə əlaqədardır. Reytinqin “B+” səviyyəsində təsdiqi isə şirkətin bazardakı yüksək mövqeyini əks etdirir.

Agentlik bildirir ki, 2015-ci ilin sonuna sığorta şirkətinin portfelinin 69%-i xarici valyutada olduğundan devalvasiya onun gəlirliliyinə müsbət təsir edib. Belə ki, şirkət ötən ili 17 mln. manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR