Hakimliyə namizədlərin sənədlərinin qəbulu aprelin 15-dək davam edəcək

Hakimliyə namizədlərin sənədlərinin qəbulu aprelin 15-dək davam edəcək
# 17 mart 2016 07:01 (UTC +04:00)

Bakı-APA. Hakimliyə namizədlərin sənədlərinin qəbulu aprelin 15-dək davam edəcək.

Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, komitənin iclasında bu proses çərçivəsində namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunub, 3 ay davam edən sənəd qəbulu zamanı 400-dək hüquqşünasın namizədliyini irəli sürdüyü bildirilib.

İclasda, son vaxtlar sənəd verənlərin sayının azalması ilə əlaqədar sənəd qəbulunun aprel ayının 15-də başa çatdırılması qərara alınıb.

Həmçinin, iclasda hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarının əhatə etdiyi sahələr barədə ətraflı məlumatın hazırlanaraq internetdə yerləşdirilməsi (www.jlc.gov.az), aprel ayından isə namizədlər üçün müvafiq hazırlıq kurslarının təşkili, kurslarda hüququn müxtəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışlarının nəzərdə tutulduğu bildirilib.

Xatırladaq ki, sənədlərin, habelə qeyd edilən kursda iştirakla bağlı müraciətlərin qəbulu Hakimlərin Seçki Komitəsində saat 9:00-dan 18:00-dək keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR