Müsavat funksioneri Əli Kərimlini ittiham edib

Müsavat funksioneri Əli Kərimlini ittiham edib
# 19 yanvar 2016 09:58 (UTC +04:00)


Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası başqanının müavini Osman Kazımov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib.

APA-nın məlumatına görə, bu barədə O. Kazımov özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə. Kərimli bu təklifə qarşı çıxıb: “Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil AXCP və Milli Şuranın maraqları düşündürür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR