Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib

Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətini təmin etməyib
# 27 aprel 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayət üzrə qərar qəbul edib. Qərara əsasən, ANS ÇM radiosunun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR