İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası başa çatıb

İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası başa çatıb
# 24 dekabr 2015 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun (BİQ) iclası başa çatıb.

Bu barədə APA-ya işçi qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. S. Məmmədov bildirib ki, 2 saat davam edən iclasda bir sıra məsələlər müzakirə edilib: “İclasda işçi qrupun həmsədri Səməd Seydirov çıxış elədi. Ötən dövrlə ərzində işçi qrup tərəfindən görülən işlər barəsində məlumat verdi. İclasda çıxış edən hüquq müdafiəçiləri müxtəlif məsələlərə toxundular. Bildirildi ki, işçi qrupun fəaliyyətini istəməyən qüvvələr var. Lakin buna baxmayaraq qrup özü fəaliyyətini davam etdirəcək. Əfv Komissiyasının üzvü , deputat Azy Quliyev isə bildirdi ki, işçi qrup tərəfindən Əfv Komissiyasına göndərilən tövsiyələr diqqətlə araşdırılıb”.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR