Goranboyda yük maşını piyadanı vuraraq öldürüb

Goranboyda yük maşını piyadanı vuraraq öldürüb
# 29 iyul 2016 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 28-də saat 21 radələrində Goranboy rayonunun Balakürd kəndində kənd sakini Elşən Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Raqif Əbdüləzimovu vurub.

R.Əbdüləzimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR