Göygöl rayonunda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Göygöl rayonunda avtomobillə vurulan piyada ağır xəsarət alıb
# 06 oktyabr 2015 06:27 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, magistral yolun Göygöl rayonu Hacıməlik kəndi ərazisindən keçən hissəsində rayon sakini Əli Süleymanov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Elçin Məmmədovu vurub. Ağır xəsarət alan şəxs dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR